SON XƏBƏRLƏR

Lənkəran rayonu Göyşaban bələdiyyəsinin sədrinə cinayət işi açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində Lent.az-a istinadən verir.

Belə ki, Abdulla Fətdayev vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidmət səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan olunub.

Cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılacaq.

Qeyd  edək ki, həmin maddəyə görə şəxs, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.