SON XƏBƏRLƏR

Lənkəran rayonunun Bəliton kənd ərazi vahidliyinə daxil olan Horavenc kəndində faciə baş verib. Bu haqda məlumatı Cenublu.az Report.az-a istinadən verir.

Belə ki, Bəliton kənd sakini, 44 yaşlı Zöhrab Quliyev idarə etdiyi “Zil-131” markalı avtomobillə ot bağlamalarını gətirmək üçün Horavenc kəndinə gedib. Bu zaman oğlu, 9 yaşlı Nemət Quluzadə ağaclardan hörülmüş darvazanı açmaq üçün avtomobildən enib. Ata övladını görməyib və avtomobili onun üzərinə sürüb.

Azyaşlı aldığı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.