SON XƏBƏRLƏR

Lənkəranda polis işçilərinin peşə bayramı qeyd olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində verir.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi Azər Cahangirov və digər qonaqlar polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik ediblər.

Sonda bir qrup polis əməkdaşına Lənkəran ŞİH-nin fəxri fərmanları təqdim olunub.