SON XƏBƏRLƏR

Lənkəranda Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi çərçivəsində açılış mərasimi və ilk təlim sessiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 avqust tarixində verir.

Layihə çərçivəsində növbəti təlim 7 avqust saat 11:00-da Gənclər Mərkəzində baş tutacaq.

Lənkəranda yaşayan və məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa və öyrənməyə həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər qoşulmaq üçün anketi cutt.ly/0KAhD3G dolduraraq və ya +994 (70) 504-45-47 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, sözügedən layihə gənc ataları və ata olmağa hazırlaşan şəxsləri hədəfləyərək, onları övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan davranış normaları və gender əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə vermək məqsədi daşıyır.

“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Gender Hub Azerbaijan” sosial platforması və “Azərbaycan Maarifçilər Assosiasiyası” tərəfindən icra olunur

Gender HUB
Gender HUB
Gender HUB
Gender HUB
4(66)
6(23)
7(10)
Gender HUB
Gender HUB
Gender HUB Gender HUB Gender HUB Gender HUB 4(66) 6(23) 7(10) Gender HUB Gender HUB
Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü