Lənkəran, Astara və Lerik rayonlarında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 aprel tarixində verir.
Kampaniya çərçivəsində Lənkəran rayonu üzrə 500, Astara rayonu üzrə 1096 və Lerik rayonu üzrə 396 ağac tingi əkilib.
Qeyd edək ki, sözügedən kampaniya çərçivəsində Bakı şəhəri ilə yanaşı, digər bölgələrdə yerləşən təhsil müəssisələrində ümumilikdə 100 min ağacın əkilməsi nəzərdə tutulur.
Aksiya Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə baş tutub.