SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsində vətəndaşlarla görüş keçirilib. Bu haqda bu gün, 7 iyul tarixində Cenublu.az Təhsil İdarəsinə istinadən xəbər verir.

İdarədə şəhidlərin ailə üzvləri, qazilər, aztəminatlı və həssas qrupa aid edilən şəxslər, müxtəlif məktəblərdən müəllim və digər əməkdaşlar olmaqla 48 vətəndaşla görüş keçirilib.

Müraciətlər əsasən, işə qəbul, işə bərpa, yerdəyişmə, əmək müqaviləsinin uzadılması, dərs saatları və əmək haqqı ilə bağlı olub. İşə qəbul ilə bağlı 4 müraciət yerindəcə həll edilib. Digər məsələlərin həlli üçün isə aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsində hər həftənin çərşənbə günü saat 15:00-dan 18:00-a kimi vətəndaş qəbulu keçirilir.