Direktor və direktor müavinlərinin işə qəbulunun müsahibə mərhələsi davam etdirilir. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Müsahibələrin 5-20 dekabr tarixləri aralığında Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulur.
Müsabiqədə uğur qazanmış namizədlərin əlaqə nömrələrinə bu barədə SMS bildirişi göndəriləcək və ya onlar telefon vasitəsilə müsahibə mərhələsinə dəvət ediləcəklər.
Namizədlərdən xahiş olunur ki, dəvət edilmiş vaxtda müsahibə binasında olsunlar.