“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – II mərhələ” adlı pilot layihə çərçivəsində təlimlər keçirilir. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az xəbər verir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ-nin Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əməkdaşlıqda icra etdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – II mərhələ” adlı pilot layihə çərçivəsində təlimlər keçirilib.
Lənkəran rayonu üzrə 5 ümumtəhsil müəssisəsinin direktor, direktor müavinləri, məktəb psixoloqu, müəllim və valideyndən ibarət uşaq müdafiəsi və təhlükəsizliyi komandaları (UMT) təlimlərə cəlb olunub.