Lənkəran-Astara Regional Təhsil İdarəsində direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrə yekun vurulub. Bu haqda bu gün, 16 dekabr tarixində Cenublu.az idarəyə istinadən xəbər verir.
İdarə üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor, eyni zamanda bütün ümumi təhsil müəssisələri üçün vakant olan direktor müavinlərinin ( tədris (təlim-tərbiyə) işləri üzrə, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı) müsahibə mərhələsi yekunlaşıb.
Müsahibələr 5-16 dekabr tarixləri aralığında Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati binasında keçirilib. Mərhələ zamanı namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılıb.
Nəticələr haqqında namizədlərə mütəmadi olaraq məlumat veriləcək.