Famil İsayev Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini təyin olunub. Bu haqda məlumatı Cenublu.az Lənkəran-Astara Regional İdarəsinə istinadən verir.
Belə ki, Famil Kamal oğlu İsayev 2004-cu ildə Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə Ekologiya ixtisası üzrə magistr pilləsini bitirib.
O, peşəkar fəaliyyəti dövründə coğrafiya müəllimi, özəl təhsil sektorunda idarəçi, fənn metodisti, təlimçi, müxtəlif layihələrin rəhbəri və Təhsil İnstitutunun coğrafiya fənni üzrə vebinarının spikeri olub. Eyni zamanda ixtisası üzrə müxtəlif dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir.Qeyd edək ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi yaradılıb. Carı ilin aprel ayında isə bu vəzifəyə Elxan Nəcəfov təyin olunub.