SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində yerləşən ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul prosesi ilə bağlı 1 noyabr tarixindən sənəd qəbuluna başlanılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.

Tələb olunan zəruri sənədlər:

  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • ali təhsil haqqında sənədin və ona əlavənin surəti;
  • əmək kitabçasının surəti.

Sənədlər 5 noyabr tarixinədək Lənkəran-Astara Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim edilməlidir.

Təqdim olunmuş sənədlərə əsasən, namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar test mərhələsinə dəvət olunacaqlar.

Namizədlər üçün tələblər:

  • pedaqoji ixtisas üzrə ali təhsil;
  • 3 ildən az olmayaraq pedaqoji staj;
  • hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olma.

Üstünlük veriləcək namizədlər:

  • Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikatlaşdırma və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
  • Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir. Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə buraxılırlar.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

  • Vəzifə üzrə nəzəri biliklər;
  • İdarəetmə bacarıqları;
  • Şəxsi keyfiyyətlər.

Müsahibə zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir və keçid balı 3 baldır.

Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının ümumi təhsil müəssisələrinin vakant yerlərini aşağıdakı linklərdən əldə edə bilərsiniz:

Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini.

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı.

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə