SON XƏBƏRLƏR

Astara Rayon Polis Şöbəsi tərəfindən saxlanılan Elşən Əsgərov məhkəmədə bəraət alıb. Bu haqda məlumatı bu gün, 6 may tarixində Cenublu.az Apa.az-a istinadən verir.

Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə külli miqdarda narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Elşən Əsgərov 6 il müddətində azadlıqdan məhrum edilib. Daha sonra o, qərarla razılaşmayaraq Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.

Nəticədə Elşən Əsgərov ittiham olunduğu hər iki maddə ilə bəraət qazanaraq məhkəmə zalından azadlığa buraxılıb.