Lənkəranda sahibkarlar üçün “Açıq mikrofon” aksiyası təşkil olunub. Bu haqda bu gün, 18 may tarixində Cenublu.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Liman şəhərinin aksiyaya qatılan sahibkarlarından 4-ü qaz sayğacının yenisi ilə əvəzlənməsini, bir nəfər isə debitor borcun araşdırılmasını xahiş ediblər. Digər müraciətlər isə qaz sayğacı və qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.
Görüşdə səsləndirilən hər bir müraciət Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb.