SON XƏBƏRLƏR

20 günə yaxındır ki, itkin düşən Lənkəran rayonu, Velədi kənd sakini Lamiyə Valeh qızı Məmmədova tapılıb. Bu haqda məlumatı bu gün, 11 oktyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Cenublu.az-a verib.

“Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxsin tapılması istiqamətində keçirilən zəruri axtarış tədbirləri nəticəsində yeri müəyyən olunaraq tapılıb. O, artıq valideynlərinə təhvil verilib”.

Qeyd edək ki, Lamiyə Məmmədova ailəlidir və itkin düşərkən hamilə olub. O, həyat yoldaşına yazdığı məktubda onu sevmədiyini və məcburi valideynləri tərəfindən ona ərə verildiyini bildirmişdir. Bir müddət öncə Lamiyənin anası “Bizimləsən” verilişinə çıxaraq qızını axtardığını bildirmişdir.