SON XƏBƏRLƏR

Lənkəran rayonu Velədi kənd sakini Lamiyə Valeh qızı Məmmədovanın itkin düşməsi haqda məlumat vermişdik.

Lamiyənin anası, “Bizimləsən” verilişinə qoşularaq, qızından artıq 15 gündür ki, xəbər olmadığını bildirib.

Həmçinin Lamiyənin evdən gedərkən həyat yoldaşı Həsən bəyə yazdığı məktub üzə çıxıb. O məktubda “mən səni istəmirdim, onsuz da istəmirəm. Valideynlərim məni sənə məcburən verib. Səndən uşaq da istəmirəm, onu tələf etdirəcəm” deyə bildirib.

Qeyd edək ki, Lamiyə Məmmədova 4 aprel 2004-cü ildə Lənkəran rayonunun Gərmətük kəndində anadan olub. O, evdən çıxarkən 4 aylıq hamilə olub.

Lamiyə Məmmədovanı görən şəxslərdən 050-615-10-16 nömrəsi ilə əlaqə saxlamaqları və ya polisə müraciət etmələri xahiş olunur.

 

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)