SON XƏBƏRLƏR

Ələt-Astara avtomobil yolunda ödəniş sistemi quraşdırılacaq. Bu haqda məlumatı “Rebuild Karabakh” sərgisi çərçivəsində “CIFAL” qrupunun prezidenti Jil Remi Azertac-a verib.

O söyləyibki, M3 magistralında ödəniş sistemlərinin qurulması ilə bağlı təklif hazırlanıb. “Bu layihənin reallaşdırılması qarşı tərəf üçün maliyyə baxımından da əlverişlidir. Belə ki, qısa müddət ərzində quraşdırılan ödəniş sistemi qoyulan pulu geri qaytarır”, – deyə CIFAL-ın prezidenti vurğulayıb.

Həmçinin, o deyib ki, layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim olunub və razılıq əldə olunub. Müqavilə imzalandıqda layihə həyata keçiriləcək.