SON XƏBƏRLƏR

Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində narkotik aşkarlanıb. Bu, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyini əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində məlum olub.

Məlumata əsasən, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Ağayev Şahin Mirsahib oğlunun yaşadığı evdə 55,106 qram heroin və 19,134 qram “patı” tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar hadisə avqustun 4-də həmən kənddə baş verib. Belə ki, Bakı istintaq təcridxanasında saxlanılan Anar Qabil oğlu Xəlilov yaşadığı evdə 158 qram heroin, 22 qram “patı”, 1,12 qram tiryək, 2 ədəd metadon, 0,73 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkarlanmışdır.