SON XƏBƏRLƏR

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində sərgi keçirilib. Bu haqda məlumat bu gün, 9 oktyabr tarixində muzeyin rəsmi İnstagram səhifəsində paylaşılıb.

Sərgi Vətən müharibəsi şəhidi Elməddin Məmmədliyə həsr olunub. Tədbirdə Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin kollektivi, şəhidin ailəsi və məktəblilər iştirak ediblər.

Qeyd edək ki, şəhid Elməddin Məmmədli Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq 30 sentyabr şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra o, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.