SON XƏBƏRLƏR

15-17 yaşlı gənclər arasında “Könüllülər kuboku” şahmat üzrə zona yarışları turnirində “Lənkəran” komandası birinci, “Astara” komandası ikinci yer tutub və Respublika turnirinin final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu haqda avqustun 9-da məlum olub.

Turnir Astara Olimpiya İdman Kompleksinin, Gənclər və İdman Nazirliyinin, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışlarda 8 rayon komandası qələbə uğrunda mübarizə aparıb.

Final mərhələ avqustun 18-20-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.