SON XƏBƏRLƏR

Lənkəranlı idmançılar Bakı şəhərində keçirilmiş taekvando idman növü üzrə gənclər arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Lənkəran şəhər Gənclər və İdman İdarəsi paylaşıb.

6-7 avqust 2021-ci il tarixlərində Azərbaycan Respublikası Taekvando Federasiyasının təşkilatçılığı ilə keçirilmiş yarışda:

I yeri – Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq)

II yeri – Nizami Hacıyev (63 kq)

III yeri – Suzanna Babazadə (42 kq), Əli Hüseynli (51 kq), Taleh Həbibli (51 kq) tutublar.

Qeyd edək ki, I yeri tutan taekvandoçular oktyabr ayında keçiriləcək Gənclərin Avropa birinciliyində iştirak etmək hüququ qazanıblar.