SON XƏBƏRLƏR

Lənkəranlı qazi, Vətən müharibəsi iştirakçısı Mais Saleh oğlu Hüseynli “Məşğulluq marafonu” çərçivəsində Lənkəran Sosial və Aqrar-Texnoloji kollecində işə qəbul olunub. Bu haqda məlumat kollecin rəsmi saytında dərc edilib.

23 yaşlı Mais Hüseynli Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı rayonlarında gedən döyüşlərdə ağır qəlpə yaraları alıb. O, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi ilə keçirilən “Məşğulluq marafonu”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə keçirdiyi kampaniyadır. Marafon çərçivəsində vakansiyalar barədə məlumatlar https://bit.ly/2X0dgvQ portalında yerləşir. Həmin vakansiyalar şəhidlərin ailə üzvlərini, qaziləri iş yerləri ilə təmin etmək üçün istifadə olunur.

İndiyədək şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbul ilə əlaqədar 450-dən çox müraciət müsbət həllini tapıb.

Foto Lənkəran Dövlət Humanitar Kollecinin rəsmi saytından
Foto Lənkəran Dövlət Humanitar Kollecinin rəsmi saytından