SON XƏBƏRLƏR

Lənkəran rayonunun məktəb müəllimi medal ilə təltif olunub. Bu haqda məlumat Lənkəran Şəhər Təhsil Şöbəsinin rəsmi İnstagram səhifəsində paylaşılıb.

Lənkəran rayonu İ.Hüseynov adına Osakücə kənd tam orta məktəbin müəllimi Məmmədov Maqsud “Zəfər ilinin müəllimi” seçilib. O, Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri müəllimidir.

Prezident İlham Əliyevin imzaladığı sərəncamı əsasında, Məmmədov Maqsud “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.