SON XƏBƏRLƏR

Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, əslən Lənkəranın Tükəvilə kəndindən olan professor Canəli Əkbərov bu gün, 23 oktyabr tarixində torpağa tapşırılıb. Bu haqda məlumatı Apa verib.

Belə ki, sevimli xanəndəmiz ll Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, mərhumun ailəsi, sənət yoldaşları iştirak edib. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva dəfn mərasiminə əklil göndəriblər. Həmçinin, Prezidentimiz xanəndənin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Qeyd edək ki, Canəli Əkbərov uzun sürən xəstəlikdən sonra 22 oktyabr axşam saatlarında vəfat edib.