SON XƏBƏRLƏR

Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi ilə “Sosial Bağlar-2021” layihəsi həyata keçirilir. Bu haqda agentliyin saytında elan edilib.

300 nəfərin cəlb olunacağı layihə, bağçılıq üçün əlverişli olan Astara, Lənkəran və ölkənin digər rayonlarını əhatə edəcək.

Layihə iştirakçılarına dair tələblər aşağıdakılardır:

  • Bağa baxmağa istək və təcrübəli olmalıdır;
  • Əmlakdan təyinatına uyğun istifadə etməli, bağ salınıb təhvil verildikdən sonra ona düzgün qulluq etməlidir;
  • Bağ təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
  • Yerli məşğulluq mərkəzlərində təşkil olunan müvafiq təlimlərdə iştirak etməlidir;
  • Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə bağda monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;
  • Bağın və ona təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsı qadağandır.

Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürülür.

Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.

Son müraciət tarixi 1 sentyabrdır.

Müraciət üçün formanı doldurmaq lazımdır:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər