SON XƏBƏRLƏR

Lənkəranda uşağa iynə vurulması nəticəsində dünyasını dəyişib. Bu haqda məlumatı Report.az xəbər verir.

Hadisə rayonun Vilvan kəndində qeydə alınıb. Kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədi ilə iynə vurulub.

8 yaşlı Hüseynə (“prob” – Red) dərmanı vurulduqdan sonra, uşağın halı dəyişərək şoka düşüb.

Hüseynin Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılmasına baxmayaraq, azyaşlı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.