SON XƏBƏRLƏR

Lənkəran şəhər sakinləri Bakının Binəqədi rayonunda oğurluq ediblər. Bu haqda məlumatı 9 sentyabr Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti verib.

Zamin Fərəcov və qardaşı Cəbrayıl Fərəcov dəyəri 30 min manat olan metal konstruksiyaları oğurlayaraq hadisə yerindən qaçıblar.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıblar.

Faktla bağlı araşdırma davam edir.