30 noyabr saat 10:40 radələrində Xızı rayonu ərazisində Lənkəranlı pilot vəfat edib.
Dövlət Sərhəd Xidmətinin təlimləri zamanı qəzaya uğrayan helikopterdə Lənkəran rayon Veravul kəndindən olan polkovnik-leytenant Emil Nəzir oğlu Nəzirov da olub.
“1-ci Qarabağ müharibəsi”, “Vətən müharibəsi” iştirakçısı olan polkovnik-leytenant Nəzirov Emil 3200 saatdan çox uçuş təcrübəsinə malik idi. O, Mİ-24, Mİ-17, KA-27 və EC-135 helikopterləri idarə etmişdir.
Qeyd edək ki, bədbəxt hadisə zamanı 14 nəfər ölüb və 2 nəfər yaralanıb.