Lənkəran rayon sakini Salyan rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılıb. Bu haqda bu gün, 24 sentyabr tarixində Azərtac xəbər verir.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran sakini Mirhüseyn Ocaqov, Salyan rayon sakini Fərid Əliyev ilə birlikdə saxlanılıblar.
M.Ocaqovun avtomobilindən marixuana, F.Əliyevin üzərindən isə psixotrop maddə olan metamfetamin, eləcə də heroin və marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər barəsində çinayət işləri açılıb.