SON XƏBƏRLƏR

Lənkəranda Milli Qəhrəmanın xatirəsi hörmətlə anılıb. Bu haqda bu gün, 8 noyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib. Əsgər Əliyev 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak edərək həlak olub.

Onun qəhrəmanlığının müqabilində ümummilli lider Heydər Əliyev ona Milli Qəhrəman adını layiq görüb.

Qəhrəman Əsgər Əliyev Lənkəran rayonunun Lej kəndində dəfn olunub.

Xatirə günündə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri iştirak ediblər. Ziyarətin sonunda qəhrəmanın ruhuna dualar oxunub və məzarının önünə gül dəstələri düzülüb.

Lənkəran Şəhər İcra Hakimiyyəti
Lənkəran Şəhər İcra Hakimiyyəti
Lənkəran Şəhər İcra Hakimiyyəti
Lənkəran Şəhər İcra Hakimiyyəti