SON XƏBƏRLƏR

Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyanın tərbiyə işləri üzrə direktor müavini beynalxalq sertifikata layiq görülüb. Bu haqda Lənkəran Şəhər Təhsil Şöbəsinin rəsmi Facebook səhifəsində paylaşım edilib.

İngilis dili müəllimi olan Aysel Əliyeva “Future class network masters Azerbaijan” layihəsinin təşkilatçılığı ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsində iştirak edib.

Koreyalı mütəxəssislərin iştirakı ilə ona təhsil işçiləri üçün təşkil olunan təlimlərin beynəlxalq sertifikatlar təqdim olunub.

Həmçinin Aysel Əliyeva baş təlimçi sertifikatı və hədiyyə ilə təltif olunub.