SON XƏBƏRLƏR

“Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar” konfransının keçirilməsi layihəsində İ.Mahmudov adına Liman şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Respublika üzrə II yerə layiq görülüb. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində məktəbin rəsmi Facebook səhifəsi paylaşıb.

Bununla bağlı məktəbdə tədbir baş tutub və məktəbli Gülnar Rəşad qızı Musayevaya diplom və hədiyyə təqdim olunub. Tədbirdə həmçinin məktəblinin müəlimi Ülvi Səxavət oğlu Tağızadə də iştirak edib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində baş tutub.