SON XƏBƏRLƏR

Lənkəran şəhərində gecə yarısından sonra növbətçi aptek yoxdur. Bu haqda məlumatı bu gün, 9 dekabr tarixində Cenublu.az verir.

Sakinlərin sözlərinə görə, təcili dərman lazım olduqda onlar açıq aptek tapa bilmirlər. “Uşaq yeməkləri əsasən aptekdə satılır. İşdi, bitsə, gecə açıq aptek yoxdur ki, gedib alaq”, – deyə sakinlərdən biri söyləyib.

“Bizə ən yaxın olan aptek Astara rayonunun Ərçivan kəndində yerləşir. Təsəvvür edin ki, bir ağrıkəsiciyə görə gecə vaxtı o boyda yol getməli oluruq”, – deyə digər sakin söyləyib.

Qeyd edək ki, sakinlər Təcili Tibbi yardımın 24/7 işlədiyini və gecə yarısından sonra açıq aptek olmadığından tez-tez onların xidmətindən istifadə etdiklərini də bildiriblər.