SON XƏBƏRLƏR

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov l Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında bürünc medal qazanan lənkəranlı idmançı ilə görüş keçirib.

3-7 sentyabr tarixlərində Rusiyanın Kazan şəhərində keçirilən çempionatda Elvar Nəhmətzadə Kəmər güləşində 60 kq çəki dərəcəsində çıxış edib.

Elvar “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Alı Ağayevin yetirməsidir.

Ramin Rəhimov idmançı və onun məşqçisinə qazandıqları uğur münasibəti ilə təbrik edərək yeni qələbələr arzulayıb.

Həmçinin Elvar Nəhmətzadə və Alı Ağayev Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin müvafiq Fəxri Fərmanı ilə təltif olunublar.

Cenublu.az lənkəranın fəxri olan Elvar Nəhmətzadənin uğuru haqda 8 sentyabr tarixində qeyd etmişdi.

Mağazadan oğurluq
Aktual

Lənkəranda yerləşən mağazadan oğurluq olunub

Lənkəranda fəaliyyət göstərən mağazaların birində oğurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Sosial şəbəkələrdə paylaşılan videogörüntüdən aydın görünür ki, mağazaya müştəri qismində daxil