SON XƏBƏRLƏR

Bu gün, 22 oktyabr tarixində şəhidlərimizin Samir Elşən oğlu Allahverdiyevin, Romir Rəşadət oğlu Əliyevin, Zaur Kamil oğlu Ağalının və Emin İbrahimağa oğlu Muradovun il dönümü mərasimləri keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi verib.

Bununla bağlı Aşağı Nüvədi, İstisu qəsəbəsi və Biləsər kəndində Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin anım mərasimi keçirilib. Mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı şəhidlərimizin məzarlarını ziyarət edib. Daha sonra o, şəhidlərin ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıb.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az