SON XƏBƏRLƏR

Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşları şəhidlərin ailə üzvləri və yaxınlarını ziyarət ediblər. Bu haqda məlumatı bu gün, 20 oktyabr tarixində Azertac verib.

Onlar Velədi kəndindən olan, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Samir Quliyevin və Göyşaban kəndində yaşamış, Qubadlıda gedən döyüşlərdə şəhadətə yüksələn Elməddin Məmmədovun ailə üzvləri ilə görüşüblər.

Görüşdə Vətən müharibəsi qəhrəmanları olan şəhidlərimizin əziz xatirəsi anılıb.