Bu gün, 19 noyabr tarixində lənkəranlı şəhidimiz Afərin Müqəddəs oğlu Qulamovun ildönümüdür. Bu haqda məlumatı Cənublu.az verir.
Afərin Qulamov 13 iyul 1999-cu ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub. Vətən müharibəsinə könüllü yazılan igidimiz 19 noyabr 2020-ci ildə Xocavənd döyüşlərində şəhadətə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.