SON XƏBƏRLƏR

Bu gün, 29 noyabr baş leytenant Vüsal Kamran oğlu Kazımovun ildönümü mərasimi keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər İcra Hakimiyyəti verib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıb. Daha sonra Yuxarı Nüvədi kənd məzarlığında dəfn olunan şəhidin məzarı ziyarət olunub, xatirəsi anılıb.

Şəhid Vüsal Kazımov 17 dekabr 1990-cı ildə Lənkəran rayonu Nüvədi kəndində dünyaya göz açıb. 2016-2017-ci illərdə Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib. Daha sonra, LDU-in “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alıb və bərabər olaraq Lənkəran şəhər Gənclər və İdman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb. Ailəli idi, iki övladı var idi.

Baş leytenant Kazımov Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər