Vətən müharibəsi şəhidi, baş leytenant Ehtiram Hüseynlinin yaşadığı Səttərxan küçəsində onun adına xatirə abidəsi ucaldılıb. Bu haqda məlumat bu gün, 25 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Qeyd edək ki, Ehtiram Hüseynli 17 aprel 1977-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. Azərbaycan Pedaqoji İnstitutunu (APİ) bitirdikdən sonra Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıb. Azərbaycan Ordusunun baş leytenantı olan igidimiz Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.