SON XƏBƏRLƏR

Lənkəranlı gənclər 8 Noyabr – “Zəfər Günü” münasibəti ilə Hərbi Qənimətlər Parkını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu haqda məlumat Lənkəran şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran Tibb Kollecinin rəsmi Facebook səhifələrində paylaşılıb.

YAP Lənkəran Rayon Təşkilatı Gənclər Birliyi təşkilatçılığı ilə Lənkəran Tibb Kollecinin tələbələri Bakıya səfər ediblər. Onlar Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları ilə böyük maraqla tanış olublar.

Həmin gün Lənkəran Şəhər Gənclər və İdman İdarəsi kollektivi və könüllülər Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gənclərimiz şəhidlərin ruhuna dualar oxuyublar və məzarlarının önünə gül dəstələri düzüblər.