SON XƏBƏRLƏR

Lənkəranlı fəal gənclər Bakıda “Hərbi Qənimətlər Parkı”-da ekskursiyada olublar. Bu haqda bu gün, 30 oktyabr tarixində Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Zəfər günü” ilə əlaqədar təşkil edilmiş ekskursiyada gənclər əsgərlərimizin “Vətən müharibəsi” dönəmində əldə etmiş qənimətlərlə tanış olublar.

Parkda gənclərə düşmənin sıradan çıxarılmış 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi ümumilikdə 300-dən çox hərbi eksponat və texnika nümayiş olunub.

12 aprel 2021-ci ildə yaradılmış “Hərbi Qənimətlər Parkı” Bakı şəhəri, Noyabr prospekti 15 ünvanında yerləşir.