SON XƏBƏRLƏR

Lənkəranda şəhidlərimiz Emil Şahin oğlu Şıxəlizadənin və mayor Aqşın Nazim oğlu İbadovun ildönümü keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi verib.

İldönümü münasibətilə Gərmətük qəsəbəsində Emil Şıxəlizadənin adına şəhid bulağı açılıb, qəbri ziyarət olunub, ruhuna dualar oxunub. Sonra qonaqlar ailəsinin evində olub, şəhidin xatirəsinə yaradılmış ev-müzeyi ilə tanış olublar. Mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri iştirak ediblər.

Həmin gün rayonun Boladı kəndində şəhid mayorumuz Aqşın Nazim oğlu İbadovun il mərasimi keçirilib. Onun qəbri ziyarət olunaraq ruhuna dualar oxunulub. Ziyarət zamanı İcra başçısı şəhidin valideynləri ilə görüşüb onların qayğıları ilə maraqlanıb.