SON XƏBƏRLƏR

Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik – leytenantı Saleh İldır oğlu Ağayev medal ilə təltif olunub. Bu haqda məlumat 31 avqust Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc olunub.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, Saleh Ağayev Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etdiyi üçün 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.