SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən Bəlləbur və Şağlaküçə kəndində heyvandarlıqla məşğul olan fermerlərə məsləhət xidməti göstərilib. Bu haqda məlmat KOBİM-in rəsmi Facebook səhifəsində paylaşılıb.

Belə ki, iribuynuzlu heyvandarlıqla məşğul olan fermerlər Şamama Əhmədova, Tehran Hüseynov, Xanımgül İsmayılova, Şövqiyyə Şərbətova, Sərxan Qardaşov, Vüsal Mirzəyev, Şahzadə Əhmədova, Vahid Qubadov və Mircavad Talıbovaya peşəkar ekspert tərəfindən iribuynuzlu heyvanların peyvəndlənməsi, saxlanılma şəraitinin yaxşılaşdırılması, həmçinin mövsümi xəstəliklərin aradan qaldırılması haqqında məsləhətlər verilib.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.