SON XƏBƏRLƏR

Lənkəranlı təsərrüfatçı “Ayın fermeri” müsabiqəsinin qalibi elan edilib. Bu haqda məlumat bu gün, 8 dekabr tarixində Azərtac-da paylaşılıb.

3 rayondan müraciət olunan müsabiqədə 4 fermer iştirak edib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən seçilmiş komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində Lənkəran rayon sakini Rüfət Əsgərov qalib seçilib.

Rüfət Əsgərov 10 ildir çəltikçiliklə məşğul olur. O, düzgün aqrotexniki qulluq nəticəsində çəltik sahəsindən orta hesabla 40 sentner məhsul əldə edib. Fermer əziyyətinin bəhrəsi olaraq 14 hektar ərazidən 56 ton məhsul toplayıb.

“Ayın fermeri” müsabiqəsinin əsas məqsədlərindən biri kənd təsərrüfatının inkişafı və fermerlərin həvəsləndirilməsidir.