SON XƏBƏRLƏR

Avqustun 6-dan etibarən hər həftənin cümə günü Lənkəran-Novosibirsk birbaşa hava reysləri təşkil olunacaq.

İlk reys 23:10-da baş tutacaqdır. Biletləri Lənkəran şəhərinin bütün aviakassalarından almaq olar.

Əlavə olaraq, avqustun 13-dən Moskvanın Domodedovo hava limanına uçuşlar başlayacaq.

Xatırladaq ki, Lənkərandan birbaşa reyslər Rusiyanın Moskva şəhəri Şeremetyevo hava limanına hər həftənin bazar günü, Sankt-Peterburqa hər həftənin cümə axşamı təşkil olunur.