Lənkəran şəhəri Sahil parkında uşaqlar üçün nəzərdə tutulan atraksionlar yararsız haldadır. Bu haqda məlumat bu gün, 19 oktyabr tarixində Cenublu.az-a daxil olub.
“Bir neçə ildir ki, bu atraksionları quraşdırıblar. Uşaqlarımızın ən sevdiyi yerlərdən biridir. Lakin yelləncəklərin bu vəziyyətdə olması heç də ürəkaçan deyil. Təmir-bərpa işləri görülsə, yaxşı olardı”- deyə şəhər sakini söyləyib.
“Son dəfə bura gələndə övladımın paltarı sürüşkənə ilişib cırıldı. Daha ona yellənməyə qoymuram. Lakin uşaqlarımız üçün başqa əylənəcək yer də yoxdur. Yelləncəkləri yeniləsələr çox yaxşı olardı” – deyə bir valideyn qeyd edib.
“Yelləncəklərin oturacaqları qırıldıqdan istifadəyə yararsızdır. Təmir olunmasını çox istərdik. Axı bura uşaqlarımızın əylənəcəyi az yerlərdən biridir” – daha bir sakin deyib.



