SON XƏBƏRLƏR

Lənkəran şəhərində sakinlər “Zəfər günü” ilə əlaqədar konsert təşkil ediblər. Bu haqda məlumat bu gün, 8 noyabr tarixində Cenublu.az-a daxil olub.

Şəhərin Heydər Əliyev adına olan parkında tamaşalar təşkil edilib. Konsertdə gənclər şeirlər deyib, mahnılar oxuyublar. Bayram əhval-ruhiyyəsini saxlamaq üçün, sakinlər öz rəqsləri ilə tədbiri rəngləndiriblər.

Şənlikdə Lənkəran rayon sakinləri, qazilər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.