SON XƏBƏRLƏR

Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 4 sentyabr Report məlumat paylaşıb.

Belə ki, Girdəni kənd sakini, 32 yaşlı Fərid Rzayevin idarə etdiyi “BMW” markalı avtomobil Havzava kənd sakini, 40 yaşlı Ayıq Feyruz oğlu Niftullayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. A.Niftullayevin xəsarətlərinin ağır olduğundan əməliyyata alınıb. Ona çənənin iç səthinin kəsilmiş-didilmiş yarası və sol döş qəfəsinin 4-5-6 qabırğalarının sınığı diaqnozu qoyulub. Onun vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.