SON XƏBƏRLƏR

Lənkəran şəhərində əksər dayanacaqların vəziyyəti ürəkaçan deyil. Onlardan bəzilərinin görüntülərini Cenublu.az bu gün, 15 noyabr tarixində izləyicilərinə təqdim edir.

Belə ki, şəhərin Hənifə Abdullayev ilə Əli Məmmədov, Zərifə Əliyeva ilə Tofiq İsmayılov küçələrinin kəsişməsindəki və Zərifə Əliyeva küçəsində (Vergilər İdarəsinin qarşısında) yerləşən dayanacaqların şüşələri yoxdur.

“Qarşıdan qış gəlir və havalar çox soyuqdur. Dayanacaqda durub marşrut gözləmək çətin olur” – deyə sakinlərdən biri söyləyib.

“Demək olar ki, 1 ildən çoxdur bu dayanacağın şüşəsi yoxdur. Yayda bizə problem yaratmır, lakin soyuq aylarda çox çətinlik çəkirik” – digər sakin deyib.