SON XƏBƏRLƏR

Lənkəran şəhərində yerləşən Böyük bazarın ətrafındakı xəndəklər tullantılar ilə dolub. Bu haqda məlumat bu gün, 13 noyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, Nizami küçəsi ilə Məmməd Hüseyn Axund küçəsinin birləşməsində yerləşən bazarın işçiləri pis qoxu və natəmiz şəraitdən narahatdılar.

“Bura nəinki Lənkəranın, həmdə Cənub bölgəsinin ən böyük barazlarınnan biridir. Lakin bu vəziyyətə görə müştərilər azalıb. Heç kim zibilliklər içində alış-veriş etmək istəmir”- deyə satıcılardan biri deyib.

“Xəndəklər vaxtı-vaxtında təmizlənsə nə pis qoxu, nə də ki belə görüntü olar. Bəzən satıcılar özləri və ya öz vəsaitlərinə təmizləyirlər. Lakin hər dəfədə bunu etmək mümkün olmur”- digər satıcı deyib.

Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən